Tayson Fyuriyə şizofreniya diaqnozu qoyulub

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Britaniyalı boksçu Tayson Fyurin həyat yoldaşı Paris, onun şizofreniya diaqnozu aldığını bidirib. Bu açıqlama, "Netflix" platformasında yayımlanacaq sənədli filmdə yer alır.
Paris Fyuri, həyat yoldaşının psixi sağlamlıq problemlərinin gənclik illərindən başladığını vurğulayıb. O, 2015-ci ildə Vladimir Kliçko üzərində inamlı qələbədən sonra Taysonun vəziyyətinin daha da pisləşdiyini bildirib.
Sənədli filmdə, Fyurinin psixoz vəziyyəti yaşadığı, səslər eşitdiyi və reallığı düzgün qavramaqda çətinlik çəkdiyi açıqlanır. Hər iki valideynin psixiatriya dəstəyi ilə diaqnozlar almasının sonrası, Paris Taysona bir neçə psixi pozuntu, o cümlədən şizofreniya diaqnozu qoyulduğunu bildirib.
Paris, boksçunun o dövrdə özünə və ailəsinə qarşı ciddi təhlükələr hiss etdiyini, xəstəxanada olarkən isə özünü daha bir təhlükə altında olduğuna inandığını qeyd edib. Tayson isə həmin çətin günləri həyatının ən ağır dövrü kimi yad edib, alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını bildirib.
Tayson Fyuri, 2015-ci ildən dünya çempionu adını kazandıqdan sonra yaşadığı çətinlikləri sənədli filmdə izləyicilərə təqdim edəcək. "Tyson Fury" adlı bu sənədli film noyabrın 27-də "Netflix" platformasında yayımlanacaq.