Ezonn Xəbər

Ramiz Mehdiyevin dərslikləri kağız yığınına çevrilib

Ramiz Mehdiyevin dərslikləri kağız yığınına çevrilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu "Fəlsəfə" kitabının bir sıra ali təhsil ocaqlarında dərs vəsaiti kimi istifadəsi ilə bağlı məlumatlar yayılıb. Bu kitab ilk dəfə 2003-cü ildə, daha sonra isə 2010-cu ildə Bakıda "Şərq-Qərb" nəşriyyatında çap olunub. İkinci nəşri Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə edilib. Eyni zamanda, 2019-cu ildə Bazıda nəşr olunan “Multikulturalizmə giriş” adlı dərs vəsaiti də akademik Ramiz Mehdiyev tərəfindən hazırlanmışdır. Bu dərs vəsaiti 432 səhifədən ibarətdir və ali məktəblərdə mühazirə və praktik məşğələlər üçün tövsiyə olunan ədəbiyyat siyahısına daxil edilib. Hər iki kitab, "Fəlsəfə" (2010) və "Multikulturalizmə giriş" (2019), Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti və digər ali məktəblərdə istifadə olunmuşdur. Lakin son dövrlərdə bu kitabların indiki universitetlərdə tədris edilib-edilmədiyi sualları gündəmə gəlir. Azərbaycan Dövlət Tibb Universitetindən verilən məlumata görə, hazırda bu universitetdə Ramiz Mehdiyevin dərs vəsaitləri tədris edilmir. Eyni məlumatı Azərbaycan Dövlət Pedaqoji Universiteti də təsdiqləyib, orada da Mehdiyevin dərs vəsaitlərinin istifadəsinin olmadığı bildirilib.