Sülh gündəliyinin həssas mövzu: "Paşinyan Bakının tələbini icra edir"

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın konstitusiya dəyişikliyi, Azərbaycanla aparılan sülh prosesinin mühüm siyasi detalları arasında yer alır. Belə ki, Azərbaycanın mövqeyi, Ermənistanın konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsinə istinad edən müddəaların aradan qaldırılmadan sülh müqaviləsinin imzalanmasına zəruri hüquqi təminat yaratmayacağıdır.
Züriyə Ruslanqızı bildirmişdir ki, Ermənistan rəhbərliyi, mövcud konstitusiyanın Azərbaycanın ərazi iddialarını yaratmadığını iddia edir. Bu fərqli yanaşma, konstitusiya məsələsini iki ölkə arasında sülh gündəliyinin həssas mövzularından birinə çevirir.
O, qeyd edib ki, son hadisələr göstərir ki, Ermənistan, Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi istiqamətində konkret addımlar atmağa başlayıb. Bu kontekstdə, noyabrın 23-də Nikol Paşinyan tərəfindən təqdim olunan yeni konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması, Bakının uzun müddətdir qaldırdığı məsələyə birbaşa toxunur. Ermənistan rəhbərliyi, bu dəyişikliyi, Azərbaycanın tələbinə uyğun deyil, daha çox daxili siyasi qərar kimi təqdim etməyə çalışır.
Layihənin parlamentdə qəbul olunması üçün müvafiq dəstəyin təmin edilməsi, daha sonra referendum keçirilməsi tələb olunur. Müxalifətin müqaviməti, prosesi çətinləşdirir. Buna görə də, Ermənistanın Azərbaycanın tələblərini nəzərə aldığını, lakin hələ tam yerinə yetirmədiyini söyləmək daha dəqiq olar. Əsas məsələ, bu siyasi iradənin hüquqi nəticələrə çevrilməsi və sülh müqaviləsinin imzalanmasına real zəmin yaratmasıdır.