Ezonn Xəbər

Əfsanəvi duet geri qayıdır – Tarix açıqlandı

Əfsanəvi duet geri qayıdır – Tarix açıqlandı
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Məşhur aktyor Ceki Çan, "Pik saatı" ("Rush Hour") komediya-döyüş filminin dördüncü hissəsində iştirak etməyə dair rəsmi müqavilə imzalayıb. Bu xəbəri ekran işinin prodüseri Artur Sarkisyan, "Puck" nəşrinin jurnalisti Metyu Belloniyə verdiyi müsahibədə açıqlayıb. Franşizanın əvvəlki filmlərindəki tərəf-müqabili Kris Takerin də müqavilə bağlamağa yaxın olduğu bildirilib. Prodüserin dediklərinə görə, davam filminin hazırkı inkişaf mərhələsi uzun illər ərzində davam edən hazırlıq prosesi ilə irəliləyib. Çəkilişlərin daha əvvəl 2026-cı ilin payızında başlanması planlaşdırılsa da, baş rol ifaçıları ilə danışıqların uzanması səbəbindən proses təxirə salınıb. Hazırda yaradıcı heyət, çəkilişləri 2027-ci ilin yazında başlamağı hədəfləyir. "Pik saatı"nın çəkilişləri Çin, İtaliya, Səudiyyə Ərəbistanı və Afrika ölkələri də daxil olmaqla bir çox yerdə aparılacaq. Filmin istehsal büdcəsi təxminən 120 milyon dollar olaraq qiymətləndirilir. Filmin rejissoru yenidən seriyanın əvvəlki üç hissəsini çəkmiş olan Brett Ratner seçilib. Layihənin distribütorluğu isə franşizanın hüquq sahibi olan "Warner Bros." ilə razılıq əldə edən "Paramount Pictures" şirkəti tərəfindən həyata keçiriləcək. Məlumatlara görə, studiya film yayımından əldə etdiyi prokat gəlirlərinin 12 faizini alacaq.