Ezonn Xəbər

Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - VİDEO

Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - VİDEO
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Gecə saatlarında baş verən yol qəzasında iki nəfər həlak olub. Həyatını itirən şəxslərdən biri olan Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olduğu ilə bağlı iddialar yayılıb. “Qafqazinfo” informasiya mənbəyinə əsasən, Alik Kərimovun oğlu, “Metak” şirkətinin icraçı direktoru Aydın Kərimov, sosial şəbəkədə yayılan bu məlumatları təkzib edib. Aydın Kərimov bildirib ki, faciə baş vermişdir və bu məsələyə dair yayılmış yanlış məlumatlar əsassızdır. O, öz paylaşımında, “Bir çox xəbər saytları indi mənim barəmdə yanlış məlumat yayırlar. Bu gün faciə baş verib, Allah rəhmət eləsin həmin şəxslərə, ailə üzvlərinə Allah səbr versin. Bizim ailəmizə heç bir aidiyyəti yoxdur. Çox adam narahat olur, zəng edir, çox sağ olun” sözlərini vurğulayıb. Digər tərəfdən, ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanova, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirərək həyatını itirib. Sürücü Anar Alik oğlu Kərimov şəxsiyyətinə aid olan məlumatlar isə hələ də dəqiqləşdirilməkdədir.