Bakıda “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarıldı - QİYMƏT

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda, Nəsimi rayonunda yerləşən “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarılıb. Elektron Hərrac Portalında yerləşdirilən məlumata əsasən, əmlakın satış qiyməti 4 milyon 253 min 210 manatdır.
Satışa çıxarılan bina, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşir. Bu bina altımərtəbəli qeyri-yaşayış əmlakıdır.
Binanın strukturu toplam 6 mərtəbədən ibarətdir və daxilində 50 otaq mövcuddur. Əmlakın yerləşdiyi torpaq sahəsi isə 0.06076 hektar (607.6 kvadratmetr) təşkil edir.
Qeyd edək ki, bu bina icra məmurlarının sifarişi əsasında elektron hərraca təqdim olunub. Hal-hazırda, binada “Green Park” hoteli fəaliyyətini davam etdirir.