İranın neft hasilatı sabitdir, Azərbaycanla əməkdaşlıq barədə razılıq əldə olunub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bord, Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Azərbaycanla əməkdaşlıq barədə razılıq əldə olunduğunu açıqlayıb. Bordun dediklərinə görə, bu əməkdaşlıq enerji sahəsində iki ölkə arasında mühüm addımdır.
Həmid Bord, Azərbaycanın energetika naziri ilə keçirdiyi görüşlərdə bir neçə istiqamət üzrə danışıqlar apardıqlarını vurğulayıb. O, Xəzər dənizində neft və qaz yataqlarının işlənməsi və qaz tranziti məsələlərinin müzakirə edildiyini bildirib. Tərəflər bu istiqamətdə ümumi razılığa gəliblər.
Qeyd edək ki, Bord, razılaşmaların həyata keçirilməsi üçün bəzi texniki məsələlərin hələ də müzakirə olunduğunu, bu məsələlərin Azərbaycan tərəfindən həll edilməsinin vacib olduğunu bəyan edib.
İranın cari neft hasilatı vəziyyətini də şərh edən Bord, ölkənin neft hasilatının sabit olduğunu, qaz hasilatının isə artmaqdadır. O, həmçinin, benzin və dizel yanacağı istehsalında 10 faiz artım əldə edildiyini vurğulayıb. Bu, enerji sektorunun inkişafında müsbət irəliləyişlərdən biri kimi diqqət çəkir.