Ezonn Xəbər

Ermənistanın yeni Konstitusiyası sülhdən xəbər verir?

Ermənistanın yeni Konstitusiyası sülhdən xəbər verir?
Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Bu layihənin bəzi əsas məqamları ümummilli müzakirələrə yol açıb. Xüsusilə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın layihədən çıxarılması, sülh prosesi baxımından mühüm addım hesab olunur. Müstəqillik Bəyannaməsinin konstitusiyadakı yerinin olmaması, Ermənistanda sülh sazişlərinin imzalanması üçün hüquqi-siyasi əngəllərin aradan qaldırılmasına xidmət etdiyinə inanılır. Politoloq Sultan Zahidov bildirir ki, bu bəndin çıxarılması, Azərbaycanın sülh imzalanması üçün irəliləyiş də ola bilər. Layihədə verilən mesajlar, beynəlxalq səviyyədə tanınmış ərazilərdə müstəqil, dinc və firavan bir ölkənin qurulmasının vacib olduğunu vurğulayır. Bununla yanaşı, Zahidov yeni Konstitusiyanın qəbul edilməsi üçün mürəkkəb siyasi və hüquqi prosesin gözlənildiyini qeyd edib. Layihə Parlamentdə müzakirə edilərək referenduma təqdim olunmalıdır. Bunun üçün Ermənistan parlamentinin 105 deputatından 70-nin razılığı tələb olunur. Paşinyanın Mülki müqavilə partiyasının parlamentdə yalnız 64 deputatı var, buna görə daha 6 səsə ehtiyacı var. Paşinyan müxalifət partiyalarından dəstək almaq üçün təşəbbüslərini artırır. Lakin, Koçaryan və Karapetyan kimi müxalifət liderlərinin yeni Konstitusiyaya qarşı olduğu bildirilir. Eyni zamanda, bu prosesdə müxalifətin dəstəyini almaq cətin görünür, çünki onlar Paşinyana qarşı ittifaq yaradıblar. Zahidov, Ermənistanın yeni Konstitusiyası ilə yanaşı sülh prosesinin reallaşması üçün ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin, diplomatik münasibətlərin qurulması və qarşılıqlı gediş-gəlişin artırılmasının vacib olduğunu vurğulayıb. Həmin ekspert, regionda sülhün bərqərar olması üçün sülh sazişinin imzalanmasının əhəmiyyətini də qeyd edir.