Qəhvə sevənlər bunu mütləq oxusun

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Qəhvə, gündəlik həyatın ayrılmaz bir hissəsi olsa da, onun həddindən artıq qəbulu yuxu rejimi və sinir sistemi üçün ciddi problemlər yarada bilər. Xüsusilə yuxusuzluğu aradan qaldırmaq və yorğunluğu unutmaq üçün qəhvəyə müraciət etmək, əslində orqanizmdə əlavə çətinliklərə səbəb ola bilər.
"Cebheinfo.az"-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kofein yuxululuq hissini müvəqqəti azaltsa da, orqanizmin istirahət ehtiyacını aradan qaldırmır. "Russia Today" telekanalının məlumatına görə, həkim nevroloq Aleksandr Tkaçev bu durumu diqqətə çatdırıb. O, az yatdıqdan sonra çoxlu qəhvə içməyin itirilmiş yuxunun yerini doldurmadığını qeyd edib.
Tkaçev, həddindən artıq kofein istehlakının gərginliyi artırdığını, əllərdə titrəmə və ürək döyüntüsünün artmasına səbəb olduğunu vurğulayıb. Kofeinin təsirinin səkkiz saata qədər davam edə biləcəyini deyən həkim, xüsusilə günün ikinci yarısında qəhvə içənlərin yuxuya getməkdə çətinlik çəkə biləcəyini bildirib.
O, bununla yanaşı, kofeinin bəzi insanlarda qorxu və panikaya səbəb ola biləcəyini də qeyd edib. "Ürək döyüntüsünün sürətlənməsi, əllərin titrəməsi narahatlıq doğura bilər," - deyə Aleksandr Tkaçev bildirib. Həkim, bütün insanlar üçün eyni kofein norması müəyyən etməyin mümkün olmadığını, lakin ümumi tövsiyənin gündəlik 400 milliqram kofein istehlakı olduğunu vurğulayıb. Həmçinin, özünü narahat hiss edənlərin bu miqdarı daha da azaldmaları məsləhət görülür.