Ezonn Xəbər

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-nin Azərbaycandakı Səfirliyi İqtisadiyyat şöbəsində yeni vakansiya elan edib. Səfirlik İctimai səhiyyə üzrə mütəxəssis (Public Health Specialist) vəzifəsi üçün namizəd axtarır. Vakansiya, müvafiq ixtisas və peşə təcrübəsinə malik olan şəxslər üçün nəzərdə tutulub. Bu iş birillik müvəqqəti xarakter daşıyır, lakin maliyyə vəsaitinin mövcudluğundan asılı olaraq, iş müddətinin uzadılması mümkün ola bilər. Namizədlərin vakansiya barədə ətraflı məlumat alması və müraciət etməsi üçün ABŞ-nin Elektron İşə Qəbul Sisteminə (ERA) daxil olmaları tələb olunur. Müraciət qaydaları ilə bağlı videotəlimat da təqdim edilib. Bu vakansiya üzrə son müraciət tarixi 3 dekabr 2026-cıdır. Səfirliyin rəsmi internet səhifəsində əlavə məlumat və faydalı resurslar mövcuddur.