Ezonn Xəbər

“Hermes Finance” bu şirkətdəki bütün səhmlərini satıb

“Hermes Finance” bu şirkətdəki bütün səhmlərini satıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC, “Caspian Auto Import” ASC-dəki bütün səhmlərini geri satdığını açıqlayıb. Bu qərar, 19 noyabr 2026-cı il tarixli insayd məlumatında qeyd olunub. Məlumatda bildirilir ki, “Hermes Finance” ASC, nominal dəyəri 1 manat olan 400 min ədəd səhmi geri satıb. Beləliklə, şirkət “Caspian Auto Import” ASC-nin səhmdarları sırasından çıxmış olur. “Caspian Auto Import” ASC, 15 avqust 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 600 min manatdır və qanuni təmsilçisi Həmid Mövsüm oğlu Mirzəyevdir. İnformasiya əsasında “Hermes Finance” ASC, 2018-ci ildən maliyyə lizinqi, avtomobillərin icarəsi və satışı sahələrində fəaliyyət göstərir. 2026-cı ilin birinci yarısı üzrə maliyyə hesabatlarına görə, şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40.3% artaraq 509.8 min manata çatıb. İyunun sonuna isə aktivləri illik müqayisədə 19% artaraq 20.74 milyon manat, kapitalı 69.7% artaraq 1.56 milyon manat, öhdəlikləri isə 16.2% artaraq 19.18 milyon manat olub. Qeyd edək ki, “Hermes Finance” ASC-nin təsis etdiyi “HERMES Bank Olmayan Kredit Təşkilatı” MMC-yə Azərbaycan Mərkəzi Bankı tərəfindən 12 noyabr 2026-cı ildə lisenziya verilib. Bu lisenziyalaşma ilə ölkədə lisenziyalı BOKT-ların sayı 52-yə çatmışdır. Yeni kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdır. Hem “Hermes Finance” ASC, həm də “HERMES BOKT” MMC Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 36 ünvanında yerləşir.