Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Nərimanov rayonunda yerləşən “By Fateh Gənclik” restoranının fəaliyyətini dayandırıb. Restoranın fəaliyyəti, qida təhlükəsizliyi ilə bağlı aşkar edilən nöqsanlar aradan qaldırılmadığı halda bərpa ediləcək.
Restoran Fətəli xan Xoyski küçəsi 118A ünvanında fəaliyyət göstərir və fərdi sahibkar Bəhram Mehdiyevə məxsusdur. AQTA-nın məlumatına görə, restoran plandankənar yoxlama nəticəsində qida təhlükəsizliyi qeydiyyatı olmadan və antisanitar şəraitdə işlədiyi aşkar edilib.
Yoxlama zamanı restoran mətbəxində bir sıra ciddi pozuntular məlum olub. Burada texnoloji ardıcıllığa riayət edilmədiyi, müştərilərə təqdim olunan ətin icazə sənədlərinin olmadığı və işçilərin tibbi müayinələrdən keçmədikləri müəyyən edilib. Eyni zamanda, yararlılıq müddəti bitmiş sərinləşdirici içkilər və qida məhsulları da aşkarlanıb.
Bu faktlarla bağlı inzibati protokol tərtib edilib, müvafiq qanunvericiliyə uyğun olaraq, laborator müayinə üçün ət məhsullarından nümunələr götürülüb. Restoran əhalinin sağlamlığının qorunması məqsədilə məhdudlaşdırılıb.