Ezonn Xəbər

Salyanda “Aşxana” kafesində nöqsanlar aşkarlandı

Salyanda “Aşxana” kafesində nöqsanlar aşkarlandı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsi Salyan şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən “Aşxana” kafesində nəzarət həyata keçirib. Keçirilən tədbirlər zamanı kafenin bir sıra qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Aşkar olunan nöqsanlar arasında ictimai iaşə obyektinin qeydiyyatdan keçməməsi, qida məhsullarının hazırlanması üçün müvafiq mətbəx sahəsinin olmaması və ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmaması yer alır. Eyni zamanda, kafedə istifadə edilən suyun filtrdən keçirilmədiyi və temperatur rejiminə düzgün əməl olunmadığı da aşkar edilib. Həmçinin, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması da faktlar arasında yer alır. Bu səbəblə, tədbir nəticəsində inzibati protokol tərtib edilərək, icrası məcburi göstərişlər verilib. Daha əvvəlki məlumatlara əsasən, obyektin fəaliyyətini davam etdirə bilməsi üçün nöqsanların aradan qaldırılması tələb olunub və müvafiq düzəlişlər olunmadığı halda fəaliyyətinin məhdudlaşdırılacağı bildirilir.