Ezonn Xəbər

Hindistanda yeni raket sisteminin sınaqdan keçirilməsi

Hindistanda yeni raket sisteminin sınaqdan keçirilməsi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Hindistanın Racastan ştatındakı Pokhran poliqonunda, PUA-lara qarşı mübarizə məqsədilə hazırlanan JVALA MK-1 mobil mikro-raket sisteminin sınaqları uğurla həyata keçirilib. Bu məlumatı sistemi hazırlayan “İG Defence” şirkəti yayıb. JVALA MK-1, Hindistanda ilk avtonom raket platforması olaraq 5 kilometrədək məsafədə pilotsuz uçuş aparatlarını aşkarlama, identifikasiya etmə və zərərsizləşdirmə imkanına malikdir. Sistem döyüş şəraitində avtonom idarəetmə və əməliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün süni intellektə əsaslanan GRİD kompleksini istifadə edir. Bu yeni mikro-raket sisteminin tətbiqi, Hindistana xarici hava hücumundan müdafiə vasitələrinin alınmasına olan asılılığı azaltmağa kömək edəcək. Eyni zamanda, süni intellekt texnologiyaları sayəsində yerli istehsalla ən müasir silahların, o cümlədən yeni nəsil silah sistemlərinin istehsalını genişləndirmək imkanı yaradacaq. Beləliklə, JVALA MK-1 sisteminin inkişafı, Hindistanın hərbi gücünü artırmağa və müasir döyüş şəraitində daha effektiv müdafiə imkanları təmin etməyə yönəlib.