Qarabağ Universitetində tələbələr arasında dava: 350 manat cərimə

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbələri arasında qız üstündə baş verən dava, tələbələrin arasında ciddi mübahisəyə səbəb olub. Hadisə ilə bağlı cinayət işi açılıb və müvafiq istintaq prosesləri başa çatdıqdan sonra məsələ məhkəməyə göndərilib.
İddia olunır ki, Təbriz Muradov (ad şərtidir) Sevda (ad şərtidir) adlı qızla dost olmaq istərkən, onun tələbə yoldaşı Sadiq (ad şərtidir) ilə münasibətləri gərginləşib. Təbriz, Sadiqi Xankəndidəki "Al market"in yaxınlığında danışıqa dəvət edib, burada Sadiqə yumruq vurub.
Sonrakı mərhələdə, Sadiq Təbrizin onu döydüyünü bildirdikdən sonra tərəflər, problemi həll etmək məqsədilə "Həkəri" restoranında yenidən görüşüblər. Sadiq burada digər tələbələr arasında Təbrizi nüfuzdan salmağa çalışdığını irəli sürmüşdür. Lakin Təbriz bu ittihamları rədd edib, yalnız həqiqəti müəyyən etmək məqsədilə görüşdüklərini bildirib.
Məhkəmə prosesi zamanı, Təbriz İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli hesab edilərək 350 manat cəriməyə məhkum edilib. Hal-hazırda Sadiq, Təbrizlə barışmaq istəmədiyini və onun müvafiq qaydada cəzalandırılmasını tələb etdiyini vurğulayıb.