“Nvidia”nın istefa vermiş rəhbəri Censen Huanq vəzifəsinə geri qayıdıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin istefa vermiş rəhbəri Yensen Huanq yenidən baş direktor vəzifəsinə qayıdıb. Bu qərar “Nvidia”nın Direktorlar Şurası tərəfindən qəbul edilib.
Yensen Huanq noyabrın 12-də vəzifəsindən istefa vermişdi. İddialara görə, onun istefası ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar, Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatı ilə əlaqəli olması ilə bağlıdır.
Huanqın rəhbərliyinin şirkət üçün davamlı bir əhəmiyyət kəsb etdiyi qeyd edilir. Bu səbəbdən onun geri qayıtması, “Nvidia”nın gələcək strateji istiqamətləri üçün müsbət bir qərar kimi qiymətləndirilir.
Şirkətin mütəxəssisləri hesab edir ki, Huanqın liderliyi “Nvidia”nın bazar mövqeyini gücləndirəcək. Bununla yanaşı, rəqibləri ilə mübarizədə şirkətə üstünlük qazandıracaq.
Yensen Huanqın vəzifəsinə bərpa edilməsi, texnologiya sahəsindəki inkişaflar və bazar dinamikaları ilə sıx bağlı olaraq geniş müzakirələrə səbəb olub.