Tramp “Nvidia”nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, “Nvidia”nın Direktorlar Şurasının Censen Huanqı-nın baş direktor vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib. Bu barədə Prezident Tramp özünün “Truth Social” səhifəsində paylaşım edib.
Trampın bildirdiyinə görə, Huanqın “Nvidia”ya geri dönməsi ABŞ-ın milli təhlükəsizliyinə risk yaratmır. O, qeyd edib ki, ölkənin baş prokuroru da Huanqın qanunsuz fəaliyyətlə məşğul olduğuna dair hər hansı sübutların olmadığını təsdiqləyib.
ABŞ Prezidenti, Censen Huanqı “böyük vətənpərvər və milli sərvət” kimi tanıyaraq, onun rəhbərliyinin yalnız “Nvidia”nın deyil, bütövlükdə ABŞ iqtisadiyyatının inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, Censen Huanq noyabrın 12-də “Nvidia”nın baş direktoru vəzifəsindən istefa vermişdi. Ondan sonra şirkətin maliyyə direktoru Kolette Kress müvəqqəti CEO kimi fəaliyyət göstərməyə başlamışdı. Lakin bu gün “Nvidia”nın Direktorlar Şurası Huanqın dərhal vəzifəsinə qaytarıldığını açıqlayıb.