Bakıda yeni iqtisadi cazibə mərkəzləri formalaşdırılacaq

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda yeni iqtisadi cazibə mərkəzlərinin formalaşdırılması planları barədə məlumat verilib. Bu barədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, Azərbaycan-İtaliya biznes forumunda açıqlama edib.
Qasımovun dediklərinə görə, uzun illər ərzində Bakıda iqtisadi fəaliyyət, məşğulluq və xidmətlər şəhər mərkəzində cəmləşib. Bu da nəticə etibarilə nəqliyyat infrastrukturuna təzyiqləri artıraraq, gediş-gəliş məsafələrini uzadır və tıxaclar yaradır. Yeni şəhər mərkəzləri yaradaraq, yaşayış məhəllələrini, biznes fəaliyyətlərini, ictimai xidmətləri və istirahət məkanlarını bir araya gətirmək məqsədidir.
Eyni zamanda, şəhərsalma üzrə mütəxəssis, polisentrik inkişafın yalnız yeni rayonların yaradılması ilə məhdudlaşmadığını vurğulayıb. O, yeni iqtisadi mərkəzlərin açılması, investisiyaların cəlb edilməsi, məşğulluğun artırılması və şəhərin müxtəlif hissələrinin inkişaf potensialının üzə çıxarılması kimi amillərin önəmli olduğunu bildirib. Qasımov əlavə edib ki, şəhərsalma yalnız iqtisadi artıma bərabər olmamalı, həm də onun inkişafına aktiv şəkildə töhfə verməlidir.
Bundan başqa, yeni nəqliyyat bağlantısının bütöv rayonun iqtisadi potensialını üzə çıxara biləcəyini qeyd edən Qasımov, düzgün planlaşdırılmış biznes mərkəzlərinin yeni şirkətləri cəlb edərək investisiya mühitini genişləndirəcəyini vurğulayıb. O, müasir şəhərsalmanın yalnız binaların inşası ilə məhdudlaşmadığını, kompleks qarışıq təyinatlı layihələr tələb etdiyini qeyd edib.