Rusiya XİN sərhədin bağlanması ilə əlaqədar Estoniyaya etiraz etdi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Estoniyanın Moskva şəhərinə göndərilmiş müvəqqəti işlər vəkili Marek Yuhtegi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. Görüş zamanı ona Estoniya hakimiyyətinin dekabrın 1-dən etibarən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə bağlı etiraz bildirilib.
Rusiya XİN-in bəyanatında qeyd edilib ki, Moskva, eyni zamanda, Estoniyanı Kiyevi dəstəkləməkdə və Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının gedişi üçün hava məkanını açmaqda ittiham edir. Bu məsələnin regiondakı gərginliyi artırdığı vurğulanıb.
Bundan əlavə, Rusiya tərəfi Estoniyanın Baltik dənizindəki hərəkətlərindən narahat olduğunu bildirib. Rusiya XİN, Estoniya hakimiyyətinin Rusiyaya məxsus yük gəmilərinin hərəkətinə mane olmağa çalışdığını qeyd edib. Oktyabr ayında isə Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitinə qoyulmuş qadağa da xatırladılıb.
Görüş zamanı Yuhtegiye bildirilib ki, Rusiya öz milli maraqlarını və xaricdəki vətəndaşlarının qanuni hüquqlarını qorumaq üçün müxtəlif siyasi-diplomatik tədbirlər görməyi özündə saxlayır. Bu, Rusiya ilə Estoniya arasında artan gərginliyi daha da dərinləşdirə bilər.