Ezonn Xəbər

Ərdoğanın sədrliyi ilə nazirlərin iclası keçirilir

Ərdoğanın sədrliyi ilə nazirlərin iclası keçirilir
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasın əsas müzakirə mövzusu iqtisadiyyatdır. İki həftəlik fasilədən sonra toplanan kabinetin iclası Beştəpədə baş tutub. İclasta minimum əməkhaqqının artırılması, pensiyalarda gözlənilən artım və son zamanlarda gündəmə gələn fond araşdırması müzakirə olunacaq. Bu dəyişikliklərin tətbiqi ilə bağlı qərarların alına biləcəyi gözlənilir. Eyni zamanda, “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində görülən işlər, terror təşkilatının silahı yerə qoyması prosesi və təhlükəsizlik məsələləri də qiymətləndiriləcək. Bu istiqamətdə atılan addımların əhəmiyyəti vurğulanıb. Xarici siyasət gündəliyində isə ABŞ-İran gərginliyi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, İsrailin Qəzza və Suriyaya hücumları müzakirə olunacaq. Bu kontekstdə Türkiyənin diplomatik təşəbbüsləri diqqət mərkəzində olacaq. Nazirlər, həmçinin Antalya şəhərində keçirilən COP31 İqlim Sammitinin nəticələri ilə bağlı fikir mübadiləsi aparacaqlar. İclasdan sonra Prezident Ərdoğanın ictimaiyyətə müraciət edəcəyi gözlənilir. Xüsusilə, pensiyaçılar minimum pensiya məbləği və mümkün əlavə artımlarla bağlı açıqlamaları səbirsizliklə gözləyirlər.