"Deyir ki, 50 manata səni 'İlin yaxşı müğənnisi' edirəm" - Video

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Müğənni Əbdül Xalid, son günlərdə keçirilən mükafatlandırma mərasimlərindən narazılığını dilə gətirib. Sənətçi, müxtəlif təşkilatçıların müğənnilərə verdiyi "İlin yaxşı müğənnisi" mükafatının kriteriyaları ilə bağlı suallarını açıqlayıb.
O, bu cür mükafatların pul qarşılığında təqdim olunduğunu iddia edərək, "Hansısa təşkilatçı müğənniyə 'İlin yaxşı müğənnisi' mükafatını verir. Maraqlıdır, bunlar yaxşı bəstəkarı, müğənnini haradan götürür, nəyə əsasən seçirlər?" sualını irəli sürüb.
Əbdül Xalid, sözlərinə belə davam edib: "İlin yaxşı müğənniləri bizim gecə-gündüz çalışan müğənnilərimizdir. Təşkilatçılar 50-100 manata diplom verir ki, səni 'İlin yaxşı müğənnisi' edirəm. Rayondan gələn müğənni də sevinir ki, Bakıya gəlib fəxri diplom aldım. Buna nəzarət lazımdır. Bunu kim təsis edir, hansı əsasla verirlər?".
Sənətçinin bu açıqlamaları, mükafatlandırma sisteminin və müğənnilərə verilən diplomların şəffaflığına dair ciddi suallar doğurur. Müğənnilərin öz əməyinin qiymətləndirilməməsi isə sektorda narazılıq yaradır.