Yel Universitetində azərbaycanlı Həmid Həşimzadə vəzifəyə təyin olundu

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın tanınmış ali təhsil müəssisələrindən biri olan Yel Universitetində azərbaycanlı alim Həmid Həşimzadə Elmi-tədqiqat köməkçisi vəzifəsinə təyin edilib. Həmid burada ABŞ qanunvericiliyinin əmək bazarına təsirini araşdıracaq.
Həmid Həşimzadənin tədqiqatları, ABŞ-da əmək bazarında ayrı-seçkilik və bərabərsizlik səviyyələrinin qiymətləndirilməsinə yönələcək. O, ekonometrik metodlar və empirik tədqiqatlar vasitəsilə dövlət siyasətinin məşğulluq nəticələrinə necə təsir etdiyini öyrənəcək.
Həmid Həşimzadə, daha əvvəl 2025-ci ildən 2026-cı ilin iyulunadək “Boston Consulting Group”da karyera səfiri kimi fəaliyyət göstərib. Bu müddətdə Bakı Ali Neft Məktəbi ilə şirkət arasında əlaqələndirici rolunu oynamış, konsaltinq sahəsində karyera imkanlarının təşviqində iştirak etmişdir.
O, həmçinin “Caspian Capital Holding”da kiçik biznesin inkişafı üzrə layihə meneceri və digər mühasibatlıq və maliyyə layihələrində təcrübəçi vəzifələrində çalışmışdır. 2021-ci ildə Bakı Ali Neft Məktəbinə qəbul olunduğunda 682 bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Təhsil müddətində hər semestr “Qızıl 10-luq” siyahısında yer almışdır.