Sabunçuda “Chevrolet” alışıb yandı — Video-Yenilənib

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Paytaxtın Sabunçu rayonunda avtomobildə yanğın hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb. Burada “Chevrolet” markalı minik avtomobili qəfildən alışaraq yanmağa başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğın yerinə dərhal cəlb edilib. Hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olunduqdan sonra, FHN yanğınsöndürənləri əraziyə yola düşüblər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində “Chevrolet” avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi tamamilə yanıb.
Yüksək temperatur səbəbindən həmin bölgədə park edilmiş “Toyota” markalı minik avtomobilinin farası, güzgüsü və bamperi qismən deformasiya olub. Lakin bu hadisə zamanı xəsarət alan şəxs olmayıb. Yanğınsöndürənlər həmçinin digər avtomobilləri yanğından mühafizə etməyi bacarıblar.