Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmovun meyiti Rusiyanın Moskva şəhərində tapılıb. 36 yaşında dünyasını dəyişən prodüserin son dövrlərdə borcları və alkoqol asılılığı ilə bağlı ciddi problemlər yaşadığı bildirilib.
Rusiyalı şoumen Sergey Dvortsovun "RİA Novosti"yə verdiyi məlumata görə, Məhərrəmovun böyük məbləğdə borcları olduğuna görə bir çox insan onu axtarırmış. Dvortsovun iddialarına görə, prodüser müxtəlif şəxslərə ümumilikdə beş milyon rubl (təxminən 103 420 manat) borclu olub.
Alkoqol asılılığı da Məhərrəmovun həyatında əhəmiyyətli problemlərdən biri olub. Şoumenin sözlərinə görə, son bir ildə Məhərrəmov, az adamla ünsiyyət quraraq, daha qapalı bir həyat sürmüşdür.
Məhərrəmovun ölüm səbəbi hələlik məlum deyil. Ölümün intihar halı və ya bədbəxt hadisə nəticəsində baş verməsi ehtimalları üzərində düşünülür. Prodüser 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində müxtəlif layihələrin idarə olunmasında ixtisaslaşmışdır.
O, "Self Made Music", "Archer Music" və "Out of Records" kimi leybllərinin rəhbəri olub. Həmçinin, Olqa Buzova, "Artik & Asti" kimi tanınmış ifaçılarla əməkdaşlıq edərək, musiqi meneceri və konsert təşkilatçısı kimi fəaliyyət göstərmişdir.