Ezonn Xəbər

Yuxular qeydə alınacaq - Film kimi izləyə bilərik

Yuxular qeydə alınacaq - Film kimi izləyə bilərik
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Yapon alimləri yuxuların şifrəsinin açılması istiqamətində əhəmiyyətli bir addım atıblar. ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyası istifadə edərək, insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar. Tədqiqat çərçivəsində iştirakçıların beyin fəaliyyəti qeydə alınmış və onların oyandıqdan sonra danışdıqları yuxularla müqayisə edilmişdir. Bu proses nəticəsində alimlər, sistemin yuxuların ümumi elementlərini müəyyənləşdirməyə nail olduğunu açıqlayıb. Bununla belə, yuxuları tam olaraq film kimi yenidən canlandırmaq hələ də gələcəyin texnologiyası olaraq qalır. Hazırda mövcud olan metodların bu məqsədə çatması üçün daha çox araşdırmalara ehtiyac var. Ekspetlərin fikrincə, bu tədqiqatlar mühüm perspektivləri açmaqla bərabər, yuxuların anlaşılmasında inqilabi dəyişikliklər yarada bilər.