Ezonn Xəbər

Hicabsız mahnı oxuyan məşhur müğənniyə — Ağır cəza verildi

Hicabsız mahnı oxuyan məşhur müğənniyə — Ağır cəza verildi
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. İranda 29 yaşlı məşhur müğənni Pərəstu Əhmədi və onun komandasının dörd üzvü hicabsız və qolsuz geyimdə canlı konsert verdikləri üçün cəzalandırılıb. Qum şəhərində baş verən bu hadisə, müğənni və musiqiçilərin 74 şallaq zərbəsi ilə cəzalandırılması ilə nəticələnib. Müdafiə tərəfinin vəkili ilə etdiyi danışığa əsasən, cəza bazar ertəsi günü müğənni, üç musiqiçi və bir prodüserə vurulub. Pərəstu Əhmədinin 2024-cü ilin dekabrında “YouTube”da canlı yayımlanan konsertində səhnəyə başıaçıq və qolsuz şəkildə çıxması, İrandakı qanunvericiliyə zidd olduğu üçün bu cəzaya səbəb olub. İran qanunları qadınların ictimai konsert verməsini və hicab taxmalarını tələb edir. Bu ilin iyun ayında Qum Cinayət Məhkəməsi Pərəstu Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz və uyğunsuz məzmun” yaymaqda təqsirli bilmişdi. Məhkəmə, təqsirləndirilən şəxslərə 74 şallaq cəzası və audiovizual fəaliyyətə və xaricə səyahətə iki illik qadağa tətbiq edib. Apellyasiya məhkəməsi isə şikayəti rədd edərək hökmü qüvvədə saxlayıb. Vəkil cəzanın ləğvi, yüngülləşdirilməsi və ya icrasının təxirə salınması üçün edilən müraciətlərin nəticəsiz qaldığını qeyd edib. Eyni zamanda, müğənni ilə birlikdə cəzalandırılan dörd nəfərin adları da açıqlanıb: Soheyl Fəqih Nəsiri, Əmin Tahiri, Əmirəli Pirniya və Möhsün Ləşkəri. Bu hökm, yerli və beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin tənqid olunub.