İranda işıqlar hər gün sönəcək

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İranın elektrik stansiyalarında yanacaq təminatında yaranan çətinliklər və artan enerji istehlakı nəticəsində noyabr ayının sonlarından etibarən planlı elektrik kəsintiləri tətbiq ediləcək. Bu barədə "Tawanir" Elektrik Paylama Şirkətinin baş direktoru Məhəmməd Allahdad rəsmi açıqlama verib.
Məhəmməd Allahdadın sözlərinə görə, bu addım enerji istehlakını tənzimləmək və elektrik şəbəkəsini qorumaq məqsədini güdür. Kəsintilərin müddəti regionlara görə dəyişiklik göstərəcək və müxtəlif bölgələrdə fərqli davamlılıqla təsir edə bilər.
Baş direktor, məhdudiyyətlərin iki gündən bir, yaxud gün ərzində iki saatlıq intervallarla uygulacağını bildirib. Kəsintilərin dəqiq qrafiki isə daha sonra qeyd olunacaq. O, əlavə edib ki, şəbəkənin dayanıqlılığını qorumaq və resursları bərabər bölüşdürmək üçün əhaliyə elektrik enerjisinə qənaət etmələri tövsiyə edilir.
İran, zəngin neft və təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, sanksiyaların təsiri və infrastruktur sahəsinə yetərli sərmayə qoyulmaması səbəbindən zaman-zaman kəskin enerji çatışmazlığı ilə üzləşir. Bu kontekstdə, böyüyən enerji tələbatı da məsələni daha da çətinləşdirir.