Ezonn Xəbər

Yeni əsginaslar saxta pullara qarışdırılır - VİDEO

Yeni əsginaslar saxta pullara qarışdırılır - VİDEO
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Sosial şəbəkələrdə dövriyyədə olan yeni dizaynlı pul nişanlarının, xüsusilə 100 manatlıq əskinasların saxta olduğu ilə bağlı iddialar yayımlanıb. Mərkəzi Bankın mütəxəssisi Qəhrəman Paşayev bu məsələyə münasibət bildirib. Qəhrəman Paşayev “Xəzər Xəbər”ə verdiyi açıqlamada, yeni dizaynlı əskinasların əvvəlki nümunələrdən fərqləndiyini və vətəndaşların mühafizə elementləri ilə kifayət qədər tanış olmamaqlarının bu cür şübhələrə səbəb olduğunu qeyd edib. “Həqiqi pul nişanlarında su nişanı, mühafizə çapı, qabarıq çap və digər mühafizə elementləri mövcuddur. Vətəndaşlar bu elementləri adi gözlə və toxunmaqla müəyyən edə bilərlər”, - deyə mütəxəssis vurğulayıb. Mütəxəssis həmçinin, yeni əskinasların ödəniş terminalları və bankomatlar tərəfindən qəbul edilməməsi məsələsinə toxunub. Onun sözlərinə görə, nağd pul avadanlıqlarında əskinasların qəbulunda əsas meyar buraxılış tarixi deyil, fiziki vəziyyətidir. Zədələnmiş, rəngini itirmiş, üzərində yazı və ləkələr olan əskinaslar həmin avadanlıqlar tərəfindən qəbul edilməyə bilər. O, əlavə edib ki, tədavülə buraxılmış pul nişanları ölkə ərazisində bütün növ ödənişlər zamanı nominal dəyəri ilə qəbul edilməlidir. Əskinasların yeni dizaynına görə qəbulundan imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir.