Azər Türk Bank “atb friday” kampaniyasına start verdi

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Dövlət bankı Azər Türk Bank, müasir istehlakçıların tələblərinə cavab vermək məqsədilə “atb friday” kampaniyasına start verib. Bu kampaniya çərçivəsində, aktiv krediti olmayan fiziki şəxslərə komissiyasız istehlak kreditləri təqdim olunacaq.
Kampaniya müddətində müştərilər 80 000 manatadək istehlak krediti götürə bilərlər. Bu kreditlər 12 ay müddətinə illik 9,9% faiz dərəcəsi ilə təqdim edilir. Həmçinin, 3 illik kreditlər üzrə faiz dərəcəsi 12,9%-dən, 4 illik kreditlər isə 13,9%-dən başlayır.
“Atb friday” kampaniyası 30 noyabr 2026-cı il tarixinədək (daxil olmaqla) davam edəcək. Kampaniya çərçivəsində kredit müraciətlərini Azər Türk Bankın rəsmi saytında və ya atb360 mobil tətbiqi vasitəsilə onlayn etmək mümkündür.
Bankın müştəriləri bank məhsulları və xidmətləri haqqında ətraflı məlumat üçün https://atb.az saytına daxil ola, eləcə də bankın sosial şəbəkələrdəki rəsmi səhifələrini izləyə bilərlər. Eyni zamanda, WhatsApp (055) 7770 945 və 945 nömrəli Çağrı Mərkəzindən də dəstək xidmətinə müraciət etmək imkanı var.