Ezonn Xəbər

Çin avtomobillərinin Avropakı bazar payı böyüyür

Çin avtomobillərinin Avropakı bazar payı böyüyür
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Avropada yeni minik avtomobillərinin qeydiyyatı 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 11.68 milyon ədədə yüksəlib. Bu artım, xüsusilə Çin avtomobil istehsalçıları və ABŞ-ın Tesla şirkətinin göstəricilərində özünü büruzə verib. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) tərəfindən noyabrın 24-də yayımlanan statistikaya əsasən, ilin ilk on ayında yalnız Avropa İttifaqı ölkələrində yeni avtomobillərin qeydiyyatı 5.4% artıb, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiyasına daxil olan ölkələrlə birgə artım 6%-ə çatıb. Oktyabr ayında Avropa İttifaqı, Böyük Britaniya və digər bazarlarda 1.13 milyon yeni avtomobil qeydiyyata alınıb. Bu rəqəm, ötən ilin eyni ayı ilə müqayisədə 3.4% artım deməkdir. Statistika, bazarda elektrik mühərrikli modellərin də populyarlığının artdığını göstərir. Oktyabrda Tesla avtomobillərinin qeydiyyatı 83.5%, Çin istehsalçısı SAIC-in 26% artıb. Digər Çin istehsalçısı BYD-nin göstəricisi isə iki dəfə artıb. Ancaq, Volkswagen və Renault kimi ənənəvi Avropa istehsalçıları arasında azalma müşahidə edilib; onların qeydiyyatları sırasıyla 9% və 8.5% azalıb. Bununla yanaşı, elektrikli avtomobillərin qeydiyyatı 56.1%, hibrid avtomobillərin qeydiyyatı isə 9.2% artıb. Eyni dövrdə benzinlə və dizel mühərrikləri ilə işləyən avtomobillərin qeydiyyatı müvafiq olaraq 28.3% və 30.2% azalıb. Bu tendensiyalar, Çin istehsalçılarının Avropadakı bazar payının da artırdığına işarə edir.