Ezonn Xəbər

Gürcüstanda Azərbaycanda tutulan adamı həbsdən azad edəcəyini vəd edərək pul mənimsəyən şəxs saxlanılıb

Gürcüstanda Azərbaycanda tutulan adamı həbsdən azad edəcəyini vəd edərək pul mənimsəyən şəxs saxlanılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Gürcüstanın Marneuli rayonunda dələduzluq edərək külli miqdarda pul mənimsəyən bir şəxs saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan şəxsin, əvvəllər məhkum olunduğu bildirilib. Saxlanılan şəxs Marneuli bələdiyyəsinin bir sakininə müraciət edərək, onun övladının Azərbaycandakı həbsxanadan azad edilməsinə kömək edəcəyini vəd edib. Bunun üçün o, həmin şəxsdən 11 000 lari, yəni təxminən 4 242 ABŞ dolları tələb edib. İddia edilən dələduz şəxs, tələb olunan məbləği alaraq, həmin vətəndaşın etimadından istifadə edib. Həmin məsələ ilə bağlı hazırda istintaq aparılır. Eyni zamanda, onun tutulması ilə bağlı, əgər təqsiri sübuta yetirilərsə, 9 ilə qədər azadlıqdan məhrum olunma cəzası ilə üzləşə biləcəyi vurğulanıb.