“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu - Böyük uduş imkanları!

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Ölkənin qanuni lotereya təşkilatçısı olan “Azərlotereya” ASC, lotereya həvəskarları üçün iki yeni “Poz-Qazan” oyununu satışa təqdim edir. Bu oyunlar Yeni il münasibətilə hazırlanmışdır və geniş uduş imkanları ilə gəlir.
Yeni təqdim olunan oyunlardan biri xüsusi buraxılışlı “2027”dir. Belə ki, bu oyunda 2 ədəd biletdə ən böyük uduş 75 000 manatdır. Üstəlik, 50 ədəd biletdə 1 000 manatlıq uduş da mövcuddur. Ümumilikdə, oyun çərçivəsində 1 500 000 bilet satışa təqdim edilmişdir və bunlardan 384 452-si uduşlu biletlərdir. Oyun üzrə ümumi uduş məbləği isə 2 970 000 manatdır.
Digər təqdim edilən oyun “Piramida”dır. Bu oyunda 2 ədəd biletdə 50 000 manat uduş şansı var. Ayrıca, 2 ədəd biletdə 10 000 manat, eləcə də yüzlərlə bilet müxtəlif məbləğlərdə pul mükafatları udmaq imkanı təqdim edir. “Piramida” oyununda ümumi bilet sayı 5 milyon, uduşlu bilet sayı isə 1 247 145-dir; ümumi uduş məbləği isə 6 599 640 manatdır.
“Azərlotereya” ASC-nin təqdim etdiyi “Poz-Qazan” oyunları arasında, bəlkə də ən çox sevilənlərdəndir. Hər kəs bu oyunlardan bilet almaq imkanı əldə edərək 500 000 manatadək böyük uduşlar qazana bilər. Biletləri Azərlotereya.com, Misli.az, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Araz” və OBA marketlər şəbəkəsi, “AL Market”lərdən almaq mümkündür.