Gənclərin ən çox sevdiyi avtomobil markaları hansılardır?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-də “YouGov” tərəfindən aparılan araşdırma, gənclərin avtomobil markalarına marağını yaş qrupları üzrə analiz edib. Araşdırma nəticələri, xüsusilə 18–29 yaş aralığında olan gənclərin maraqlandığı markaların daha premium olduğunu nümayiş etdirir.
Araşdırmaya görə, 18–29 yaşlı respondentlərin 35 faizi “Mercedes-Benz”, 32 faizi isə “BMW” markalarını idarə etmək istədiklərini bildiriblər. Həmçinin, bu yaş qrupunda “Lexus” və “Porsche” markalarına maraq müvafiq olaraq 26 və 25 faiz, “Toyota”ya maraq isə 26 faiz səviyyəsindədir.
30–44 yaş qrupuna gəlincə, burada “Toyota” 31 faizlə liderdir. “BMW” markasına maraq 25 faiz, “Mercedes-Benz” və “Honda”ya isə 23 faizdir. Bu yaş dövründə də premium markaların tələbi nisbətən azalmış olsa da, hələ də diqqət çəkir.
45–64 yaşlı respondentlər arasında isə “Toyota” daha böyük üstünlük əldə edir və bu yaş qrupunda maraq 34 faizdir. “Honda” 24 faiz, “Ford” və “Chevrolet” isə 22 faizlə fərqlənir. “BMW” və “Mercedes-Benz”ə maraq isə 17 faizə qədər azalır.
65 yaşdan yuxarı olan yaş qrupunda da “Toyota” 32 faiz nəticə ilə ən populyar marka olaraq qalır. Onu “Honda” 23 faiz, “Subaru” isə 21 faizlə izləyir. Bu nəticələr, yaş artdıqca premium markalara marağın azaldığını, “Toyota” və “Honda” kimi etibarlı markaların daha çox seçildiyini göstərir.
Qeyd edək ki, araşdırma 2024-cü ilin mart ayının 1-dən 2025-ci il fevral ayının 28-dək 26 min ABŞ vətəndaşı arasında keçirilən sorğuya əsaslanır.