Ezonn Xəbər

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Lənkəran Regional "ASAN Xidmət" mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda nəzəri-praktiki təlim keçirib. Təlimin məqsədi iştirakçıları fövqəladə vəziyyətlərdə düzgün davranışa istiqamətləndirməkdir. Təlimdə FHN-in Cənub Regional Mərkəzinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, həmçinin müəssisənin kollektivi və könüllülər iştirak ediblər. Nəzəri hissədə iştirakçılara təbii və texnogen fövqəladə hadisələr zamanı necə davranmalı olduqları, ilkin yanğınsöndürmə avadanlıqlarından və fərdi mühafizə vasitələrindən necə istifadə etməli olduqları barədə geniş məlumat verilib. Təlimin interaktiv formada keçirilməsi sayəsində suallar ətraflı şəkildə cavablandırılıb. Praktiki hissə çərçivəsində isə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti fövqəladə hadisə barədə məlumat əsasında, obyektin qüvvələri ilə birgə işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, onlara ilkin yardımın göstərilməsi və çevik kəşfiyyatın aparılması əməliyyatları həyata keçirilib. Bu cür təlimlərin keçirilməsi, fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin artırılmasına, eləcə də nazirliyin operativ fəaliyyətinin gücləndirilməsinə xidmət edir. Təlimin iştirakçıları öyrəndikləri bilikləri praktikada tətbiq etmə imkanı qazanıblar.