Ezonn Xəbər

Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər — Keçmiş rəhbərindən şübhələnir

Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər — Keçmiş rəhbərindən şübhələnir
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Yasamal Rayon Məhkəməsinə maraqlı bir müraciət daxil olub. “Qafqazinfo”nun xəbərinə görə, Nuranə Məmmədova keçmiş rəhbəri Tünzalə Səmədovanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Şikayətçi bildirib ki, o, Tünzalə Səmədovanın rəhbərlik etdiyi gözəllik salonunda 1 il 4 ay dırnaq ustası olaraq çalışıb. Münaqişə, Nuranə və otaq yoldaşı Nərgizin şəxsi həyatına dair görüntülərin Türkiyədən idarə olunan "İntizar Toklu" adlı sosial şəbəkə səhifəsində yayılması sonrası baş verib. Yayılmış materiallar, hər iki qızın cinsi azlıq nümayəndəsi olduğu, birgə yaşadıqları iddiaları ilə müşayiət olunub. Nuranə, yayılmış görüntü və məlumatların Tünzalə Səmədova tərəfindən ötürüldüyünü, bunun nəticəsində şərəf və ləyaqətinin alçaldıldığını bəyan edir. Yaşananlara görə, o, hüquqi yollarla ədalət axtardığını vurğulayıb. Məhkəmə iclasında cavabdeh tərəf prosessual pozuntuların olduğunu irəli sürərək şikayətin icraata qəbul edilməməsini istədi. Yasamal Rayon Məhkəməsi, bu pozuntuları nəzərə alaraq, şikayət üzrə prosessual qaydalara uyğun qərar qəbul etdi. Nəticədə, məhkəmə şikayətçinin müraciətini icraata qəbul etməkdən imtina etdi. Nuranə Məmmədovaya apellyasiya instansiyasına müraciət edə biləcəyi bildirilib.