Ezonn Xəbər

Səudiyyə Ərəbistanı liqasında əcnəbi futbolçu limiti ləğv edilə bilər

Səudiyyə Ərəbistanı liqasında əcnəbi futbolçu limiti ləğv edilə bilər
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Səudiyyə Ərəbistanı Pro Liqasının rəhbərliyi klublarda çıxış edən əcnəbi futbolçuların sayına dair qaydalarda ciddi dəyişikliklər həyata keçirməyi düşünür. Yeniliklərin 2027/2028 mövsümündən etibarən tətbiq olunması planlaşdırılır. Müzakirələr çərçivəsində əcnəbi oyunçularla bağlı mövcud limitin tamamilə ləğv edilməsi, eləcə də icazə verilən legionerlərin sayının 14, 16 və ya 18 nəfərə yüksəldilməsi kimi seçimlər gündəmə gəlir. Bu dəyişikliklərin məqsədi, yerli futbolçuların inkişafına daha yaxşı şərait yaratmaqdır. İslahatların həyata keçirilməsi ilə Səudiyyə Ərəbistanı millisinin üzvlərinin karyeralarını xarici çempionatlarda davam etdirməsinə də stimul vermək əsas hədəflərdəndir. Eyni zamanda, maliyyə resursları ilə bağlı çətinlik yaşayan klublar üçün gənc yerli istedadlara daha geniş oyun imkanı təqdim ediləcək. Bu islahatlar Səudiyyə Ərəbistanı futbolunun keyfiyyətini artırmağı və inkişafını sürətləndirməyi hədəfləyir. Gələcəkdə futbol mühitində baş verəcək dəyişikliklər, əcnəbi oyunçuların sayı və yerli istedadların inkişafı üzrə ciddi təsir göstərə bilər.