Bakıda doğulan: Şuşanı işğal edən general öldü

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan ordusunun ehtiyatda olan general-leytenantı Leonid Martirosov 87 yaşında vəfat edib. Bu haqda Ermənistan mediası xəbər yayıb.
Leonid Martirosov 1939-cu ildə Bakıda dünyaya gəlib. O, 1961-ci ildə Tiflis Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildəsə Leninqraddakı Hərbi Artilleriya Akademiyasını bitirərək hərbi kariyerasına başlayıb.
General Martirosov 1988–1992-ci illərdə Ermənistanın Müdafiə Komitəsinin əməliyyat şöbəsində baş zabit, daha sonra 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini vəzifəsində çalışıb. 1993–1997-ci illərdə isə bu idarənin rəhbəri olmuşdur.
1991–2000-ci illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrini icra etmişdir. 2000–2014-cü illərdə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini olan Martirosov, Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın işğalı prosesində, o cümlədən Şuşanın işğalında aktiv iştirak edib.
Onun fəaliyyəti Ermənistan ordusunun quruculuğuna və silahlı qüvvələrinin əməliyyat sənətinin inkişafına mühüm töhfələr vermişdir.