Censen Huanqın "Nvidia"ya qayıdışı şirkətin dəyərini bir trilyon dollar artırdı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Censen Huanqın "Nvidia" şirkətinin baş direktor vəzifəsinə qayıdışı, bazar dəyərinin bir gün ərzində 950 milyard dollar artmasına səbəb olub. Şirkətin səhmləri bazar ertəsi günü 31.48 faiz dəyər qazanaraq, hər bir səhm üçün 165.05 dollara yüksəlib.
Bu artım nəticəsində "Nvidia"nın bazar dəyəri 3.031 trilyondan 3.985 trilyon dollara çatıb. Beləliklə, "Nvidia" dünyanın ən nəhəng korporasiyalarından biri olub, "Alphabet"i geridə qoyaraq "Apple"dan sonra ikinci yerə yüksəlib.
Qeyd edək ki, noyabr ayının əvvəlində Censen Huanq, ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatı ilə əlaqəsində şübhəli olduğuna dair yayımlanan məlumatların ardından mübahisəli bir vəziyyətə düşmüşdü. Huanq, xəyanət etdiyini etiraf edərək vəzifəsindən istefa etmişdi, bu da onun sərvətinin azalmasına səbəb olmuşdu.
Huanqın "Forbes"un dünyanın ən zəngin insanları siyahısında yeri 10-dan 18-ə geriləyib. Lakin noyabrın 23-də, yalnız 11 gün sonra direktorlar şurası onu geri çağırıb. Bu qərara ABŞ Prezidenti Donald Tramp və İlon Maskın da dəstək verdiyi bildirilib. Eyni zamanda, onun yaxın çevrəsinin Çin kəşfiyyatı ilə əlaqələrinin istintaqı hələ də davam edir.