Ezonn Xəbər

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. TikTok platforması, yenilənmiş "Ailə ayarları" funksiyasını təqdim edərək, yeniyetmələrin təhlükəsizliyini artırmağa imkan verən yeni alətlər təqdim edib. Bu dəyişikliklərlə valideynlər övladlarının hesablarını daha yaxından izləyə biləcəklər. Bu yeni funksiyalar arasında süni intellekt tərəfindən yaradılan kontentin tanınması və müəllif razılığı olmadan istifadə edilməsinin qarşısını almağa yönəlmiş texnologiyalar da yer alır. Yenilənmiş interfeys dörd əsas istiqaməti əhatə edir. İlk növbədə, valideynlər öz övladlarının TikTok-da keçirdiyi vaxt, gecə saatlarındakı aktivliyi və qoyulmuş məhdudiyyətlər barədə məlumat əldə edə biləcəklər. Bu məlumatlar həm görünüş, həm də anlaşıqlılıq baxımından inkişaf etdirilib. İkinci olaraq, valideynlər övladlarının qarşılıqlı əlaqədə olduğu hesabları və blokladığı profilləri izləyə biləcək. Bu imkan valideynlərə uşaqlarının sosial mühitini daha yaxşı anlamalarına kömək edəcək. Üçüncü önəmli xüsusiyyət isə maraq dairəsidir. Valideynlər, övladlarının hansı mövzulara və icmalara daha çox maraq göstərdiyini görə biləcəklər. Son olaraq, yeni "Paylaşımlar" bölməsi, valideynlərə oğul və ya qızlarının paylaşdığı açıq videoları və onların baxış sayını izləmə imkanı təqdim edir. Bu məlumatlar hər gün yenilənir, həmçinin yeni "Ailə ayarları" funksiyası veb-brauzer vasitəsilə də əlçatan olacaq. TikTok, əlavə olaraq, valideynləri narahat edən mövzularla bağlı məlumatlandırma sisteminin inkişafı üzərində çalışır. O cümlədən, yeniyetmənin intihar və ya özünə zərər vermə niyyətini axtardığı halda, valideynlərə bildiriş göndərəcəkdir. Bu cür hallarda, valideynlərin situasiyanı müzakirə etməsi və dəstək təklif etmələrini təşviq etməyi planlaşdırır. Bundan başqa, TikTok, kontent yaradıcılarına öz görünümlərindən razılıq olmadan istifadə edilə bilən süni intellektlə yaradılan məzmunu aşkar etməyə kömək edəcək "Likeness Detection" alətini dünya üzrə mərhələli şəkildə tətbiq etməyə başlayacaq.