Ezonn Xəbər

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Son günlərdə İranın Borçalıdakı azərbaycanlılar üzərindəki təsir gücü gündəmə gəlib. 2017-18-ci illərdən etibarən bu mövzuda yazılar dərc edən tədqiqatçılar bildirirlər ki, vəziyyəti dəyişmək çətindir. Müxtəlif səbəblərdən ötəri bu məsələdə itirən tərəf Azərbaycan olub. 2003-cü ildən başlayaraq Gürcüstan dövləti, ölkədə dini icmalar üzərindəki nəzarəti gücləndirmək məqsədini güdür. Bu dövrə qədər, xristianlar arasında Rusiya Provaslav Kilsəsi, sünni məzhəbində olanlar arasında isə Türkiyə təsir göstərirdi. 2009-cu ildə proses Borçalıya da sirayət etdi, 2011-ci ildəsə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgədən faktiki kənarlaşması baş verdi. QMİ-nin bölgədən çıxması, Azərbaycan üçün strateji bir itki oldu. Həmin dövrdən başlayaraq, İranın Borçalıda daha da təsirli olması üçün imkanlar açıldı. Marneuli bölgəsində İranla bağlı şəxslər, GMİ-nin çətiri altına girmək əvəzinə, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini (GMADİ) yaratmağa yönəldilər. İranın maliyyələşdirdiyi müxtəlif təşəbbüslər də burada tətbiq olundu. Gürcüstan, Bu kontekstdə iki əsas məqsədi güdməkdədir: 1. Sünni və şiə cəmiyyətlər arasında qarşıdurma yaradaraq, dini icmalara nəzarəti asanlaşdırmaq; 2. Dini identitetin güclənməsi ilə milli kimliyin zəifləməsini təmin etmək. Nəticə etibarilə, Borçalıda İranın dini təsiri daha da güclənməkdədir. Son hadisələr bu tendensiyanı daha da ortaya qoyur. Azərbaycan və Gürcüstanın birgə əməkdaşlıq etməsi zəruridir, xüsusilə İranın təhlükələrlə bağlı Tbilisi tərəfindən bir daha qiymətləndirilməsi önəmlidir.