Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd edib, pul mənimsədi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Gürcüstanın Marneuli rayonunda dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunan bir şəxs saxlanılıb. Bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib. İttihama görə, saxlanılan şəxs, Marneuli bələdiyyəsinin bir sakininə, onun övladının Azərbaycandakı həbsxanadan azad edilməsinə kömək edəcəyini vəd edib.
Şəxsin iddia etdiyinə görə, bu azadlığı təmin etmək üçün ona 11 000 lari (təxminən 4 242 ABŞ dolları) ödəmək tələb olunub. Vətəndaş, onun vəd etdiklərinə inanaraq, tələb olunan məbləği ödəmişdir.
Dələduzluq yolu ilə pul mənimsəyən şəxs dərhal saxlanılıb. İlk hüquq-mühafizə orqanları tərəfindən başlanan araşdırmalar nəticəsində onun yazdığı şərtlərin və vədinin saxtakarlığı təsdiqlənib. O, daha əvvəl də məhkum olunmuşdur.
Hazırda faktla bağlı istintaqə başlanılıb. Təqsirləndirilən şəxs, əgər mühakimə edilərsə, 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.