PASHA Bank REGIONAL EXPO GANJA 2026 tədbirində iştirak etdi

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
BAKİ, Azərbaycan, 24 noyabr. PASHA Bank, 20-21 noyabr 2026 tarixlərində Gəncə İdman Sarayında baş tutmuş REGIONAL EXPO GANJA 2026 sərgisində yer alıb. Sərgi zamanı bankın nümayəndələri müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərlə görüşərək, onların inkişaf planları və maliyyələşmə ehtiyacları haqqında müzakirələr aparıblar.
Tədbirdə 112 şirkət məhsul və xidmətlərini təqdim edib. Eyni zamanda, sərgidə müəssisələr arasında (B2B), müəssisələr ilə dövlət orqanları arasında (B2G) və müəssisələr ilə universitetlər arasında (B2U) görüşlər keçirilib.
Rəsmi açılış mərasimində çıxış edənlər, belə platformaların Azərbaycanın regionlarında sahibkarlığı təşviq etmək, yeni tərəfdaşlıqlar qurmaq və iqtisadi fəaliyyəti stimullaşdırmaq baxımından əhəmiyyətini vurğulayıblar.
REGIONAL EXPO GANJA 2026-nın təşkilatçıları Gəncə Şəhər İcra Hakimiyyəti, TECHERA və GBARU-dur. PASHA Bank, Azərbaycanın regionlarında sahibkarlığı dəstəkləməyə və müəssisələrin maliyyələşməyə çıxışını artırmağa davam edir.