Prezident onlara müraciət etdi

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Prezident İlham Əliyev, İğdır Universitetinin təşkil etdiyi "İpək Yolunun yenidən dirçəlişi" mövzusunda keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət etdi. Müraciətində, tədbir iştirakçılarını səmimi-qəlbdən salamladığını ifadə etdi.
İğdırın tarixi boyunca mühüm ticarət yollarının mərkəzində olduğunu qeyd edən Prezident Əliyev, bu şəhərin bu gün də regional əməkdaşlığın inkişafına aktiv töhfə verdiyini vurğulayıb. İğdırın Naxçıvanla birbaşa qonşuluğunun Azərbaycan-Türkiyə əməkdaşlığını möhkəmləndirdiyini, tarixi sıx təmasın isə qardaş xalqları bir-birinə daha da yaxınlaşdırdığını bildirib.
Azərbaycan-Türkiyə münasibətlərinin tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edən Prezident, bu əməkdaşlığın Avropa və Asiya arasında körpü rolunu oynadığını da vurğuladı. Həmçinin, iki ölkənin reallaşdırdığı nəhəng layihələrin Cənubi Qafqazın nəqliyyat və enerji xəritəsini yenidən tərtib etdiyinə diqqət çəkdi.
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi regionun beynəlxalq nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyətini artırdığını bildirən Əliyev, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizinin nəqliyyat əlaqələrini genişləndirməyə yönəldiyini qeyd etdi. Bu layihənin tarixi İpək Yolunun dirçəldilməsi üçün də əhəmiyyətli olduğuna inandığını ifadə etdi.
Son olaraq, Beynəlxalq Qafqaz Konqresinin regionun gələcək inkişaf perspektivlərini müzakirə edəcək əhəmiyyətli bir platforma olduğunu vurğuladı. Prezident, iştirakçılara səmərəli müzakirələr arzuladı.