Polisin həbs etdiyi hakerə hökm oxundu

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İngiltərədə böyük texnologiya və oyun şirkətlərinə qarşı kiberhücumlar həyata keçirən 21 yaşlı Arion Kurtaj, Vulviç Kral Məhkəməsində 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə hakim Mark Turner, Kurtajın autizm diaqnozu və əvvəlki nəzarət müddətini nəzərə alaraq, onun dərhal azadlığa buraxıla biləcəyini qeyd edib.
Kurtaj, 2021-2022-ci illərdə oyun istehsalçısı "Rockstar Games", telekommunikasiya şirkəti "BT/EE", rəqəmsal bankçılıq platforması "Revolut" və nəqliyyat şirkəti "Uber"in sistemlərinə qarşı kiberhücumlar etdiyini etiraf edib. Məhkəmə zamanı hakim, Kurtaja "Çox istedadlı bir gənc olduğun açıq-aydındır. Bu istedadından həyatının qalan hissəsini həbsxanada keçirərək istifadə etmə…" sözləri ilə müraciət edib.
Kurtaj, "Lapsus$" adlı haker qrupunun bir üzvü olaraq, 2022-ci ilin sentyabrında "BT/EE" şirkətinə hücum etdiyindən sonra mühafizə altında olan otelə yerləşdirilmişdi. Məhkəmə sənədlərinə görə, bu otel otağından istifadə edərək "Revolut", "Uber" və "Rockstar Games" şirketlerine qarşı kiberhücumlarını davam etdirib. O, cəmi bir mobil telefon və otelin simsiz internetə qoşulmuş cihazlarından istifadə edərək "Rockstar Games"in sistemlərinə daxil olub.
Kurtaj, 90 videonu əldə edərək bu görüntüləri internetdə paylaşmış və bunun nəticəsində oyun istehsalçısına 1,5 milyon dollar maliyyə zərəri vurulmuşdur. Qeyd edək ki, "GTA 6" oyunu satışa çıxarıldıqdan sonra, ilk günündə 3,79 milyard dollar pərakəndə satış gəliri əldə edib.
Məhkəmə hakimi Kurtajın psixi sağlamlığı məsələlərini də nəzərə alaraq, onun təhlükəsizlik rejimli xəstəxanaya yerləşdirilməsinə qərar verib. Sonda, 2023-cü ildən etibarən Kurtajın məhkəməyə cavab verə biləcək vəziyyətdə olduğu müəyyən edilib və o, ittihamları etiraf edərək məhkəmə qarşısına çıxıb.