Putin Trampın kürəkəni haqda inanılmaz faktları açıqladı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə Holokost dövründə Belarusda partizan müqavimətində iştirak etmiş babası ilə bağlı arxiv sənədlərini göstərib. Bu məlumat, Kuşnerin “New York Magazine” nəşrinə verdiyi müsahibədə yer alıb.
Müsahibədə qeyd edilir ki, Noyabrın 12-də Kremldə keçirilmiş danışıqlar zamanı Putin, Kuşnerə babası Cozef Kuşner ilə əlaqədar sənədləri təqdim edib. Cozef Kuşner, həyat yoldaşı Raya ilə birlikdə Holokostdan sağ çıxaraq, yəhudi partizan hərəkatında iştirak etmişdir.
Kuşner, bu jesti SSRİ və ABŞ-nin Nasist Almaniyasına qarşı mübarizədə müttəfiq olduqlarını bildirmək üçün “incə bir işarə” olaraq qiymətləndirib. Belə ki, 1943-cü ildə onun nənəsi Novoqrudok gettosundan yeraltı tunel vasitəsilə qaçaraq partizan dəstəsinə qoşulub. Gələcək həyat yoldaşı da həmin dəstədə iştirak edib.
Müharibədən sonra cütlük Amerikaya mühacirət edib. Putin, Kuşner və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasındakı görüş, Ukraynadakı münaqişənin həllinə yönəlmiş müzakirələr çərçivəsində baş tutub. Cared Kuşnerin əslən Belarus yəhudisi olduğu da vurğulanıb.