Prokurorluq həbs edilən şirkət rəhbəri barədə məlumat yaydı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhərində fəaliyyət göstərən Vesta Construction MMC-nin təsisçisi Ceyhun Quliyev xüsusi ilə külli miqdarda dələduzluq və vəzifə cinayətləri ilə bağlı həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin verdiyi məlumata görə, Ceyhun Quliyevin barəsindəki cinayət işi məhkəməyə göndərilib.
Nizami rayon prokurorluğu, Vesta Construction MMC tərəfindən icra edilən tikinti işləri çərçivəsində sakinlərə yeni mənzillərin uzun müddətdir verilmədiyi ilə bağlı daxil olan məlumatlar əsasında araşdırma aparmışdır. Bu araşdırmalar nəticəsində Quliyevin vətəndaşları aldatdığına dair əsaslı şübhələr ortaya çıxmışdır.
İbtidai istintaq materiallarına əsasən, Ceyhun Quliyev Nizami rayonunda, “My Home” yaşayış kompleksində əmlak almaq istəyən şəxslərə əvvəllər başqalarına satılmış mənzilləri sataraq onları aldadıb. Bu yolla o, külli miqdarda pul vəsaitlərini əldə edərək bir çox zərərçəkmiş şəxslərin hüquqlarına ziyan vurmuşdur.
Ceyhun Quliyev Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi çərçivəsində 172 nəfərin zərərçəkmiş qismində tanınması təmin edilib və ibtidai istintaq tamamlandıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.