Ezonn Xəbər

Avropada enerji böhranı artmaqda davam edir

Avropada enerji böhranı artmaqda davam edir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Avropada yaşanan soyuq hava dalğası və təbii qaz ehtiyatlarının azalması, enerji böhranı ilə bağlı narahatlıqları artırıb. Məlumatlara əsasən, Avropanın təbii qaz anbarlarının doluluq səviyyəsi 69 faizə düşüb. Bu vəziyyət, qazın qiymətinin artmasına gətirib çıxarıb; hazırda bazarlarda gün ərzində qazın qiyməti 8,6 faizə qədər yüksəlib. Avropada qaz qiymətlərinin artımında qarşımızdakı həftələrdə hava temperaturunun düşəcəyinin gözlənilməsi və istilik tələbatının artacağına dair proqnozlar önəmli rol oynayır. Eyni zamanda, qitənin qaz ehtiyatlarının mövsümi orta göstəricidən xeyli aşağı olması, tədarük məsələləri ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Niderlandın TTF birjasında gələn ay üzrə fyuçers müqavilələrinin qiyməti də artıb. Bazar ertəsi günü 8,6 faiz bahalaşaraq bir meqavat-saat üçün 96,08 avroya yüksəlib, günün sonunda isə qiymət 4 faiz artımla 92,50 avro təşkil edib. Bu artım, Yaxın Şərqdəki müharibənin təsiri nəticəsində Qətərdən qaz ixracının azalması ilə bağlıdır. Yaz aylarında yüksək temperaturun səbəb olduğu soyutma sistemlərinin istifadəsinin artması, nəticədə qaz istehlakının yüksəlməsinə yol açıb. Bu vəziyyət, qış aylarında anbarların doldurulmasını əngəlləyib. Bununla bağlı tədarüklə əlaqədar narahatlıqlar, qışda enerji xərclərinin daha da artma ehtimalını gündəmə gətirib. Böyük Britaniyanın enerji tənzimləyici qurumu Ofgem, yanvar ayından etibarən üç aylıq enerji qiymətləri üzrə yuxarı həddi 26 faiz artırmağı planlaşdırır. Hesablamalara görə, bu artım, iki yanacaq növündən istifadə edən orta statistik ailənin illik enerji hesabına əlavə 443 funt sterlinq yük gətirə bilər. Centrica-nın baş icraçı direktoru Kris O'Şi isə yeni ildə enerji xərclərini ödəyə bilməyən ailələrin sayının arta biləcəyini vurğulayıb.