Ezonn Xəbər

Ölkəmiz kağız tullantılardan milyonlar qazandı

Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 25 min 643.2 ton kağız və karton tullantısı ixrac edilib. Bu ixracatın ümumi dəyəri 3 milyon 911 min 870 dollar səviyyəsində müəyyən olunub. İxrac edilən məhsulların əsas hissəsini ağardılmamış kraft-kağız və karton tullantıları təşkil edir. Rəsmi statistika məlumatlarına əsasən, ən böyük alıcı Türkiyə olmuşdur. Bu ölkəyə 13 min 730.43 ton kağız və karton tullantısı göndərilib ki, bunun dəyəri 2 milyon 320 min 810 dollar təşkil edir. Türkiyə ixracın ümumi həcminin 53.5 faizini, dəyərində isə 59.3 faizini əhatə edib. İkinci yerdə İran qərarlaşıb. Belə ki, bu ölkəyə 6 min 707.44 ton məhsul ixrac olunub və onun dəyəri 902 min 420 dollar olub. Gürcüstana 5 min 153.38 ton, Özbəkistana isə 51.95 ton kağız və karton tullantısı göndərilib. Məhsul növləri üzrə bölgüyə görə, ixracın 7 min 699.1 tonunu ağardılmamış kraft-kağız təşkil edir ki, buranın dəyəri 1 milyon 273 min 780 dollar olub. Qalan 17 min 944.1 ton digər kağız və karton tullantıları, makulatura üzrə ixrac edilib və onun dəyəri 2 milyon 638 min 90 dollara çatıb. İxrac edilən kağız və karton tullantılarının bir tonunun orta dəyəri isə 152.55 dollar kimi müəyyən edilib. Bu göstəricilər Azərbaycan iqtisadiyyatına müsbət təsir edən amillərdən biridir.