Ezonn Xəbər

Şeyx Əbdül yenə əməliyyat olunacaq

Şeyx Əbdül yenə əməliyyat olunacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Xalq artisti və tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyli növbəti cərrahi əməliyyata hazırlaşdığını açıqlayıb. Məlumata görə, aktyor bir neçə gün əvvəl mədə yırtığından əməliyyat keçirib. Hazırda evdə müalicəsini yataq rejimində davam etdirən Şeyx Əbdülün səhhətinin hələ tam qaydasında olmadığı bildirilir. O, ayın 28-də gözündən əməliyyat olunacağını da əlavə edib. Aktrisa, əməliyyat xərcinin ödənilməsindəki dəstəyinə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürünü bildirib. “Əməliyyatımı Heydər Əliyev Fondu üzərinə götürdü və nəzarətdə saxlayır. İkinci əməliyyatımın da xərclərini Fond ödəyəcək”, - deyə Şeyx Əbdül bildirib. O, eyni zamanda, sağlamlığı ilə bağlı çətinliklər yaşadığını və Parkinson xəstəliyinə tutduğunu qeyd edib. Aktiv həyatının sona yetməməsi üçün mübarizə aparmaqda olduğuna vurğu edən aktyor, dostlarının biganəliyindən gileylənib. “Dostlarımdan heç kim baş çəkmir, maraqlanmır. Mübarizə aparıram, amma dəstəyə ehtiyacım var,” - deyə o vurğulayıb.