Ezonn Xəbər

“Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfleri Sever 3” filmini Bakıda təqdim edəcək

“Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfleri Sever 3” filmini Bakıda təqdim edəcək
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Türkiyənin məşhur aktyoru Mehmet Günsür, azərbaycanlı tamaşaçılara “Muhteşem Yüzyıl” serialında canlandırdığı Şahzadə Mustafa obrazı ilə tanışdır. İlk dəfə Bakıya gələn Günsür, romantik “Aşk Tesadüfleri Sever 3” filminin Qala gecəsində iştirak edəcək. Qala gecəsi, 19:00-da "CineMastercard" kinoteatrında, Deniz Mall Ticarət Mərkəzində baş tutacaq. Bu tədbirdə filmin baş rol ifaçıları və yaradıcı heyəti, tamaşaçılarla bir araya gələcək, filmi şəxsən təqdim edəcək. Mehmet Günsürlə yanaşı, filmin quruluşçu rejissoru Ömər Faruk Sorak və rejissor İpək Sorak da Bakıdadır. Həmçinin, “Muhteşem Yüzyıl” serialında Taşlıcalı Yahya bəy obrazını canlandırmış aktyor Serkan Altunorak da bu tədbirdə iştirak edəcək. “Aşk Tesadüfleri Sever 3” filmi artıq "CineMastercard" kinoteatrlarında eksklüziv olaraq nümayiş olunur. Qala gecəsi, tamaşaçılara filmi böyük ekranda izləmək, sevimli aktyorlarla görüşmək, filmin ərsəyə gəlməsi haqqında daha ətraflı məlumat əldə etmək imkanı təqdim edəcək.